\"Neftçi\"nin baş məşqçisi: \"Şəxsi həyatıma qarışanları başa düşə bilmədim\"

\
"Ramin Musayev böyük qardaşımdır. Açığı, qardaş qardaşdan küsə də, inciyə də bilər. Həyatda hər şey mümkündür. Küsübsə də, inciyibsə də, deməli, səbəbi var, haqlıdır. Bunu Musayevə necə deyiblərsə, çatdırıblarsa, bilmirəm". 

Sfera.az report-a istinadən xəbər verir ki, bunu "Neftçi" futbol komandasının baş məşqçisi Tərlan Əhmədov barəsində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin səsləndirdiyi iradlara münasibət bildirərkən deyib. 47 yaşlı mütəxəssis özü ilə bağlı söz-söhbətlərə belə münasibət bildirib: "Hər bir insanın fərdi həyat tərzi var. Nə narkoman, nə də əyyaşam. Ümumiyyətlə, mənim aləmimdə içki, narkotika, qumar söhbəti yoxdur. Bu səbəbdən, bir çox dostumu həyatdan silmişəm. Mənim həyatımda bunlar yoxdur".

Əhmədov son günlər şəxsi həyatının müzakirəyə çıxarılmasının əleyhinə olduğunu vurğulayıb: "Mənim şəxsi həyatım var. Bunu müzakirəyə çıxaranları, buna qarışanları başa düşə bilmədim. Niyə onlar şəxsi həyatımla bu qədər maraqlanıblar və Ramin müəllimə başqa cür çatdırıblar? Hər halda Musayev inciyibsə, haqqı var. Mən də bundan nəticə çıxaracağam. Başa düşdüyüm qədərilə insanlar cəmiyyət işə o qədər də önəm vermir, yalnız şəxsi həyatımızla maraqlanırlar. Mən heç vaxt heç kimin şəxsi həyatı ilə maraqlanmıram. Hətta görsəm belə, buna qarışmaram. Kimisə şəxsi həyatı ilə gündəmə gətirmək Allaha da xoş getməz. Gətiriblərsə də, çox sağ olsunlar, məni reklam edirlər. Amma mənim öz həyat tərzim var. Dost-tanışım da bilir ki, mən kiməm, işdən sonra hara gedə, nə edə bilərəm. Ramin müəllimə elə deyiblər. Vaxt gələr hər şey öz yoluna düşər. Onun incikliyini aradan qaldırmaq üçün addımlar atacağam. Sözü elə çatdırıblar ki, ortaya inciklik düşüb. Hər şey öz yoluna qoyulacaq".

 

"Neftçi"nin baş məşqçisinin fikrincə, Azərbaycan Premyer Liqasının XV turunda "Kəpəz"lə oyunun nəticəsinin söz-söhbətə son qoyulması baxımından heç bir təsiri olmayacaq: "Bizim işimiz nəticəyə bağlıdır. Bu, elə bir söz-söhbət deyil ki, şişirdib gündəmə çıxarasan. Mən də kiminsə şəxsi həyatına girişsəm, çox şey çıxara bilərəm. Amma bu, mənim həyat tərzim deyil. Mənim necə yaşamağımın işə heç bir aidiyyatı yoxdur. Nə mənə kiminsə, nə də kiminsə mənə şəxsi həyatının aidiyyatı var. "Kəpəz" üzərində qələbə qazanıb-qazanmamağımızdan asılı olmayaraq, belə söz-söhbətlərin oyunların nəticələrinə heç bir aidiyyatı yoxdur". 


OXŞAR XƏBƏRLƏR

Bu əskinaslarda saxta variantlar AŞKARLANDI - RƏSMİ AÇIQLAMA

2024-cü ilin üçüncü rübündə Rusiyada rubl əskinaslarının 2057 saxta variantı aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın...

AFFA 3 klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının X turunda yaşananlara hüquqi qiymət veri...

Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək

Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulmasın üçün layihə sənədləri hazırlanır. Sfera.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Y...

Avtomobilinizlə suya düşəniz, bunları mütləq edin! - Xilas olmağın yolları

Məlum olduğu kimi, ötən gün paytaxtda fasiləsiz yağan yağışlar vətəndaşlara çətin anlar yaşadıb. Sabunçuda isə tunelə yağış sularının dolması nəticəsində 2 nəfə...

Si Cinpin Rusiyada ümumi təhlükəsizlik konsepsiyasının vacibliyindən danışdı

“Ukraynada müharibənin arealının genişlənməsinə, eləcə də humanitar vəziyyətin ağırlaşmasına imkan verilməməlidir”.   Sfera.az xəbər veri...

“Ezel”in tanınmış aktyoru vəfat etdi - FOTO

Tanınmış türk aktyor Tekin Temel vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun köməkçisi məlumat yayıb.   O bildirib ki, sənətçi 5...