Dünyanın ən yaşlı kişisi vəfat etdi

23:32 / 31.01.2018
909
Virtual karabakhyuxarı
Dünyanın ən yaşlı kişisi vəfat etdi
İspaniyada, Badaxos qəsəbəsində yaşayan fermer Fransisko Nunyes Olivera 113 yaşında vəfat edib.
Sfera.az-ın məlumatına görə, o, 13 aprel 2016-ci il tarixindən Avropanın, 11 avqust 2017-ci il tarixindən isə dünyanın ən yaşlı kişisi sayılırdı.
1904-cü ilin 13 dekabrında dünyaya gələn ispaniyalı fermerin 4 övladı, 9 nəvəsi və 15 nəticəsi var.
Sfera.az