Türkiyəli nazir: \"Bölgə terrorçulardan tamamilə təmizlənənədək əməliyyat davam edəcək\"

Türkiyəli nazir: \
 Bölgə terrorçulardan tamamilə təmizlənənədək əməliyyat davam edəcək. Oradakı terrorçular  tamamilə təmizlənmədən əməliyyat bitməyəcək. Bunun başqa yolu yoxdur.
 
Sfera.az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Nurettin Canikli ölkə parlamentində "Zeytun budağı" əməliyyatının gedişatı ilə bağlı çıxışında deyib.

O, terrorçulardan azad olunan ərazilərin gələcək taleyi ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Bəzən soruşurlar ki, terrorçulardan təmizlənən torpaqları nə edəcksiniz? "Fərat qalxanı" əməliyyatında nə oldusa, indi də o olacaq. Əvvəlcə, torpaqlarından ayrılan suriyalılar evlərinə qayıdacaq. Çoxlu sayda suriyalı qaçqının Afrinə qayıdacağına inanırıq". 
Müdafiə naziri bildirib ki, Afrində indiyədək 649 terrorçu zərərsizləşdirilib. Onun sözlərinə görə, terrorçuların 4370 hədəfi atəşə tutulub, 458 hədəfi havadan vurulub.

 
N.Canikli deyib ki, Afrində əməliyyatın davam etdiyi 11 gün ərzində Türkiyə Silahlı Qüvvələrinin 5 hərbçisi, Azad Suriya Ordusunun 24 döyüşçüsü şəhid olub.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...