Bakıda binada yanğın, 10 sakin təxliyə edildi

Bakıda binada yanğın, 10 sakin təxliyə edildi
 Bakıda yanğın hadisəsi qeydə alınıb. 

Sfera.az FHN-in saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində sayğac və 30 p.m elektrik kabeli yanıb. Yanğın zamanı mənzillərdən 10 nəfər sakin təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR