Turistlərin sevimlisi "dünyanın ən çirkli şəhəri" oldu - FOTOLAR

Turistlərin sevimlisi "dünyanın ən çirkli şəhəri" oldu - FOTOLAR

10 milyon əhalisi olan və hər il 14,9 milyon turisti cəlb edən Misirin paytaxtı Qahirə dünyanın ən çirkli şəhərləri siyahısında birinci yeri tutub. 

 

Sfera.az bildirir ki, Qahirədə Hava Keyfiyyəti İndeksi (AQI) 160-a çatıb ki, bu da ideal hava şəraitindən daha az olduğunu göstərir. Müqayisə üçün, normal və sağlam hesab edilən Hava Keyfiyyəti İndeksi 36 ətrafında dəyişir. 

 

Reytinq DIPNDIVE tərəfindən dünyanın ən çox ziyarət edilən şəhərləri üzrə apardığı araşdırmanın nəticələrinə əsasən tərtib edilib. Çirklənmə havanın keyfiyyəti indeksi, PM2.5 konsentrasiyası (insan sağlamlığına zərər verə biləcək kiçik hava hissəcikləri), suyun keyfiyyət indeksi və səs-küy səviyyələri kimi əsas göstəricilərdən istifadə etməklə ölçülüb.


Daha sonra bu amillər birləşdirilərək şəhərləri ətraf mühitin sağlamlığına görə sıralayan çirklənmə balı yaradılıb. Qahirədə PM2.5 konsentrasiyası 68,4 q/m3-ə çatıb ki, bu da ÜST-ün təhlükəsiz həddi olan 5 q/m3-dən xeyli yuxarıdır.

 

Havanın çirklənməsinin belə acınacaqlı mənzərəsinə baxmayaraq, Qahirə turistləri maqnit kimi cəlb edir. Şəhərin əsas diqqət çəkən məqamı dünyanın yeddi möcüzəsindən biri olan Giza piramidalarıdır.


Qeyd edək ki, Giza piramidaları Qahirənin ətrafında yerləşən Giza yaylasında qədim abidələr kompleksidir.

 

Aynil

 

 


OXŞAR XƏBƏRLƏR

İmişlidə yol qəzasında 2 uşaq öldü

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.    DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, xidmə...

Hökümə Əliyevanın ailəsinə qarşı cinayət törədənlər saxlanıldı

DİN Milli Qəhrəman Hökümə Əliyevanın  atasının bank kartından pul vəsaitini oğurlayan şəxsləri müəyyən etdi, zərər ödənildi   Milli Qəhrəman Hök...

Yanvarın 20-nə gözlənilən hava şəraiti açıqlandı

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında müxtəlif saatlarda gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Milli H...

Təyyarə qəzasında həlak olan pilotun qızı “Azərbaycan” mahnısını oxudu - FOTOLAR

Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar – Azadlığın Zirvə Günü” adlı tədbir keçirilib.   ...

Bu il Macarıstan və Azərbaycanda TDT-nin zirvə görüşləri keçiriləcək

Bu il Macarıstan və Azərbaycanda TDT-nin zirvə görüşləri keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramo...

Azərbaycan Dəməşqdəki səfirliyin fəaliyyətini bərpa etmək istəyir

Azərbaycan Dəməşqdəki səfirliyin fəaliyyətini bərpa etmək istəyir.   Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan...