İtkin düşən alpinist 47 gündən sonra sağ tapıldı – FOTO

İtkin düşən alpinist 47 gündən sonra sağ tapıldı – FOTO
 Himalay dağlarında sevgilisi ilə birlikdə itkin düşən 21 yaşlı tayvanlı həvəskar alpinist 47 gün sonra sağ tapılıb.
BBC-nin yazdığına görə, xilasetmə qrupu Liang Sheng Yueh-i təqribən 2600 metr hündürlükdə olan bir vadidə aşkar edib. Liang-ın 19 yaşlı sevgilisi Liu Chen Chun isə onlar tapılmazdan 3 gün əvvəl vəfat edib.

Liang Nepalın Katmandu şəhərindəki Grandee Beynəlxalq Xəstəxanasına yerləşdirilib və onun həyatının təhlükədə olmadığı açıqlanıb. Alpinistin itkin düşdüyü 47 gün ərzində 30 kilo arıqladığı və ayağının birinin tamamilə parazitlərlə örtüldüyü bildirilib.

Liang-ın bu günlər ərzində su içib duz yeyərək sağ qaldığı ehtimal olunur. Tayvanda universitetin birinci kurs tələbəsi olan Liang və sevgilisi Liu Nepala fevral ayında getmişdilər.
 




OXŞAR XƏBƏRLƏR