Nazirlər Kabinetinin yeni qərarı benzinin qiymətinə təsir edəcəkmi?

Nazirlər Kabinetinin yeni qərarı benzinin qiymətinə təsir edəcəkmi?
"”Bu gün aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Bu isə son addımın yeni qiymət artımlarına səbəb olub-olmaması barədə suallar yaradıb.

Qeyd edək ki, aksiz dərəcəsi 95-dən az oktan ədədi olan benzin üçün artırılıb. Xatırladım ki, Nazirlər Kabinetinin 14 iyul 2017-ci il qərarı ilə Azərbaycana gətirilən 92 oktan ədədi ilə benzin idxal rüsumundan azad edilmişdi və aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 manata endirilmişdi.

Son qərar faktiki olaraq bu ilin iyulunda endirilmiş dərəcələrin əvvəlki səviyyəyə yüksəldilməsini nəzərdə tutur” .
Sfera.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

İqtisadçının sözlərinə görə, yeni qərar 95-dən az oktan ədədi olan benzinə tətbiq edildiyindən üçün bu Azərbaycana idxal edilən yüksək oktanlı benzinlərin xərcinə təsir göstərməyəcək:

"Həmin benzinlərə tətbiq edilən aksiz dərəcələri dəyişdirilməyib. Eyni zamanda, daxili bazarda 95-dən az oktan ədədi olan benzin Aİ-92 markalı benzindir. Həmin benzin isə yerli istehsal olduğundan son qərar sözügedən benzinə də təsir göstərmir”.

V.Bayramov qeyd edib ki, əgər yaxın zamanlarda qiymət artımı baş versə, bunun iqtisadi əsası olmayacaq:

"Sadəcə, iyulda dərəcələrin aşağı salınması yenidənqurma işləri ilə bağlı olaraq daxili benzin istehsalının azalması ilə əlaqədar idi. İndi isə istehsal daxili tələbi ödədiyi üçün idxal aksiz dərəcələri tənzimlənən benzinin xərcinə təsir göstərmir. Bu baxımdan Nazirlər Kabinetinin son qərarı daxili bazarda satılan benzin növlərinin qiymətinin artırılması üçün zəmin formalaşdırmır. Bununla yanaşı, əgər qiymət artımları baş verəcəksə, belə artımların iqtisadi əsası olmayacaq".

OXŞAR XƏBƏRLƏR

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...