İstanbuldan Azərbaycana gələn avtobus ağır qəzaya düşdü - 30 yaralı var

İstanbuldan Azərbaycana gələn avtobus ağır qəzaya düşdü - 30 yaralı var
İstanbuldan Azərbaycana gələn avtobus ağır qəzaya düşüb.

Hadisə Qars ərazisində qeydə alınıb.  Belə ki, bu gün yerli vaxtla 08:00-da 34 DY 9422 dövlət nömrə nişanlı avtobusun sürücüsü idarəetməni itirib, nəticədə avtobus aşıb. Qəzada əksəriyyəti Naxçıvan sakini olan 30 nəfər yaralanıb. 

Yaralılar xəstəxanalara aparılıb. 

Faktla bağlı araşdırma başlayıb.
 
///BakuPost.az

OXŞAR XƏBƏRLƏR