Unibank biznes sahiblərinə girovsuz 100 000 AZN-dək kredit təklif edir

Unibank biznes sahiblərinə girovsuz 100 000 AZN-dək kredit təklif edir
Unibank müştərisi olan biznes sahibləri indi heç bir girov təqdim etmədən, hesabları üzrə keçən dövriyyələrinin əsasında 100 000 AZN-dək kredit əldə edə bilərlər. Üstəlik  kredit  müştəriyə lazım olan ən qısa müddətdə, cəmi bir gün ərzində və sərfəli faizlə ayrılır.  Biznes sahibi krediti  1 həftə ərzində banka geri qaytararsa, heç bir faiz ödəməyəcək. Bu məhsul Unibank hesabları ilə cari dövriyyələrini aparan biznes sahibləri üçün hazırlanan təkliflər paketinin bir hissəsidir.

Unibank-ın Korporativ bank xidmətləri departamentinin rəhbəri Tural  Hüseynov hesab edir ki,  cəmi bir gün ərzində, əlavə sənəd və girov tələbi olmadan, üstəlik 7 gün faiz hesablanmamaq şərti ilə ayrılan bu kredit, Unibank müştərilərinin qısamüddətli kassa kəsirlərinin aradan qaldırılması üçün çox sərfəli bir alətdir.

Qeyd edək ki Unibank,  bir müddət əvvəl biznes sahibləri üçün daha bir xidmət istifadəyə verib. Artıq  biznes sahibləri istədikləri vaxt, banka gəlmədən, istədikləri valyutada hesab bron edə bilirlər (//onlineservices.unibank.az/AccountOrder/index.html).

Unibank-ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibank-ın mükəmməl rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (//onelink.to/um-business),  İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.  

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan //www.unibank.az/az/corporate-clients) əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

 

Sfera.az



OXŞAR XƏBƏRLƏR

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...