Azərbaycan banklarının ehtiyatları il ərzində 15 faiz azaldı

Azərbaycan banklarının ehtiyatları il ərzində 15 faiz azaldı
 2017-ci ilin noyabrın 1-dək Azərbaycanda bank ehtiyatları 2,11 milyard manat təşkil edib. Modern.az xəbər verir ki, bu barədə  "Trend"ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
 
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz azdır. Ötən il bu rəqəm 2,48 milyard manat təşkil edib.
 
2017-ci il oktyabrın sonunda ölkədə genişləndirilmiş pul bazası 9,83 milyard manata bərabər olub. Bu rəqəm ötən ilin oktyabrı ilə müqayisədə 11,8 faiz çoxdur. Ötən ilin oktyabrında bu, 8,79 milyard manat təşkil edib.
 
Hesabatda qeyd olunur ki, bu il noyabrın 1-dək manatda pul bazası 8,53 milyard manat olub. 2016-cı ilin oktyabrında bu 7,45 milyard manata bərabər olub.
 
Hesabat dövründə dövriyyədə nağd pulun həcmi 7,67 milyard təşkil edib, 2016-cı ilin noyabrın 1-dək isə bu rəqəm 6,29 milyard manat olmuşdu.
 
2017-ci ilin oktyabrında dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 78,1 faiz təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artıb.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...