Pərvin Abıyevaya görə keçmiş millət vəkilinə hücum etdilər

Pərvin Abıyevaya görə keçmiş millət vəkilinə hücum etdilər
 Keçmiş millət vəkili Gülər Əhmədovaya aktrisa Pərvin Abıyevanı tənqid etdiyi üçün təzyiqlər olunub. 

GoldNews.az xəbər verir ki, bu barədə Gülər Əhmədova özü şəxsi Facebook hesabında bildirib. 

Dostlarım zəng vurub irad bildirdilər ki," Sənin nəyinə lazımdır?" Dostlar, zaman- zaman müxtəlif ölkələrin mediya vasitəsi ilə Azərbaycan qadının obrazı yaradılır Bir çox hallarda bu obrazlar Koroglunun Nigarına, Qaçaq Nəbinin Həcərinə, 20 yanvar şəhidi İlhamın Fərizəsinə, Qarabagda döyüşən, şəhid olan Gültəkinə, Salatına,adlarını çəkmədiyim ugurlu qadınlarımıza,Şərqdə ilk opera yazan Şəfiqə xanıma, ilk pilotumuz Leyla xanıma bənzəmir. Mən uzun illər beynəlxalq siyasətlə məşgul olmuş şəxs kimi bilirəm ki, digər ölkələrin mətbuatında dərc olunan belə yazılar dövlətin, xalqın imicinə necə təsir edir. Eyni zamanda onu da bilirəm ki,mənə qarşı cəbhə açılacaq. Lakin susmaq o deməkdir ki,qapılarımızdan çıxan qız- gəlinlər üçün bu aktrisanın verdiyi açıqlamaların daşıdığı mənəvi və tərbiyəvi yükü dəstəkləyirik. Biz yaşlı- başlı adamlarıq. Qoy qızlarımız ,gəlinlərimiz görsünlər ki,aktrisanın fikirlərinə alternativ fikirlər və dünyagörüşü var. Mənim 18 yaşını keçmiş heç bir kəsin həyat tərzinə qarışmaq fikrim yoxdur. Amma bu Hürriyyətin səhifələrinə çıxınca ,məsələ dəyişir. O ki, qaldı mənə olan hücümlara, bunu da gəncliyə keçmək olar..Xoşbəxt olun.

Qeyd edək ki, Gülər Əhmədova Pərvin Abıyevanı azərbaycanlı kişilər haqqında səsləndirdiyi fikirlərə görə tənqid edib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR