Leyla Əliyeva YUNİSEF-in regional direktoru ilə görüşdü

Leyla Əliyeva YUNİSEF-in regional direktoru ilə görüşdü
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ölkəmizdə səfərdə olan YUNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Afşan Xan ilə görüşüb.

Sfera.az xəbər verir ki, Leyla Əliyeva YUNİSEF tərəfindən bütün dünyada uşaqların vəziyyətinin yaxşılaşdırılması naminə aparılan fəaliyyəti yüksək qiymətləndirərək, uşaqların rifahı, sağlamlığı və təhsilinin təmin edilməsinin gələcəyimiz üçün ən dəyərli sərmayə olduğunu vurğulayıb. O, bu sahədə Azərbaycanda son illər böyük irəliləyişlərin əldə edildiyini bildirib. Bu sahədə işlərin davam etdiriləcəyinə və daha da genişləndiriləcəyinə əminliyini qeyd edib. Uşaqların ətraf mühitin mühafizəsi sahəsində təhsili və maarifləndirilməsinin əhəmiyyətinə toxunan Leyla Əliyeva İDEA İctimai Birliyi tərəfindən son 6 ildə uşaqların ekoloji biliklərinin artırılması istiqamətində həyata keçirilən çoxsaylı layihələr, o cümlədən eko laboratoriyalar, düşərgələr, kurslar və nəşrlər haqqında ətraflı məlumat verib.

Afşan Xan ətraf mühit və davamlı inkişaf məsələləri üzrə uşaqların məlumatlandırılmasına yönəlmiş fəal səylərinə görə Leyla Əliyevaya minnətdarlıq bildirib. O, YUNİSEF-in iqlim dəyişikliyi, davamlılıq və digər ekoloji mövzuların tədris proqramına daxil edilməsində maraqlı olduğunu, bu barədə İDEA-nın fəaliyyətini yüksək dəyərləndirdiyini qeyd edib.

Görüş zamanı tərəflər arasında uşaqların ekoloji təhsili üzrə mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib, eləcə də sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsi, reabilitasiyası və təhsili məsələləri üzrə fikir mübadiləsi aparılıb.
 
Sfera.az 

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...