Bu gün Azərbaycanda dövlət bayrağı günüdür - VİDEO

Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq - öz yurduma öz hakimliyim.
Azərbaycanın azadlığını dünyaya hayqıran üçrəngli bayraq bu gün müstəqilliyini və gücünü dünyaya artıq sübut etmiş bir ölkənin səmalarını bəzəyir. Yüksəklərdə dalğalandıqca isə ona baxan hər bir Azərbaycan vətəndaşının qəlbini sevinc, fərəh hissləri ilə doldurur.
Dalğalandıqca qürur duyduğumuz 3 rəngli bayrağımız bu gün 99 yaşını qeyd edir.
Bayraq günü paytaxtda təntənəli şəkildə qeyd edilib.Bu gün Bakı küçələri 3 rəngli bayrağa bürünmüşdü.
İnsanlar bayrağa olan sevgilərini, hörmətlərini məhz bu şəkildə ifadə ediblər. Eyvanlarından bayraq asan insanlar bunu hər il etdiklərini bildirirlər. İnsanların ən böyük arzusu isə bu əzəmətli bayrağımızı QARABAĞDA asmaqdır.
Üçrəngli Dövlət bayrağı bu gün ayrı-ayrı dövlət qurumlarının, diplomatik nümayəndəliklərin binaları üzərində ucaldılır, siyasi, iqtisadi tədbirlərdə qaldırılaraq milli birliyi təcəssüm etdirir. İdmançılarımızın da müxtəlif ölkələrdəki hər qələbəsi şərəfinə ucaldılan bayrağ hər bir azərbaycanlının qəlbində böyük sevinc, iftixar hissləri doğurur, dövlətə, xalqa mənsubluq hissini gücləndirir.