Qəzadan sonra ananın maşından düşərək etdikləri tükürpətdi – BAKIDA – VİDEO

Qəzadan sonra ananın maşından düşərək etdikləri tükürpətdi – BAKIDA – VİDEO
 Bakının Nərimanov rayonu, Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntüləri Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər” kamerasına düşüb.

Baş Dövlət Yol Polisi İdarəsindən əldə edilən həmin videoda bir neçə diqqət çəkən məqam var. İlk olaraq onu qeyd etmək lazımdır ki, qəzaya səbəb qara rəngli "Mercedes”in sürücüsüdür. Belə ki, yüksək sürətlə hərəkətdə olan həmin avtomobil svetoforun qırmızı işığında hərəkəti davam etdirir. Bu zaman sağdan gələn digər "Mercedes”lə toqquşur. Hər iki avtomobilin ön tərəfi əzilərək yararsız hala düşür. Hər iki avtomobildəki insanların sağ-salamat yerə düşdüyü aydın görünür. Amma burada tükürpədici bir məqam da var. O da qəzaya səbəb olan "Mercedes”dən düşən gənc ananın körpə balası üçün atdığı addımdır. Digərləri maşından düşüb özünə, sağa-sola baxdığı halda həmin qadın arxa qapıdan düşərək maşının o biri tərəfinə qaçır və digər sərnişinin qucağında olan körpə balasını qucağına alaraq yolun kənarına gedir.

Bu, əslində bir ananın övladı üçün düşünmədən, heç nəyə baxmadan hər şeyi edə biləcəyini göstərir. Bu video həm də onu göstərir ki, maşında ailəsi, körpəsi olan sürücü onların həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verir.

mənbə: avtosfer.az

 

OXŞAR XƏBƏRLƏR

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...