Azərbaycanda ŞOK əməliyyat - Uşağa süni cinsiyyət orqanı tikildi

Azərbaycanda ŞOK əməliyyat - Uşağa süni cinsiyyət orqanı tikildi
 Azərbaycanda daha bir nadir patalogiyalı uşaq doğulub.

Uşağın cinsiyyət orqanı olmayıb.

Sfera.az
 medicina.az-a istinadən xəbər verir ki, həkimlər yenidoğulmuşa apeniya diaqnozu qoyub.
APENİYA - cinsiyyət orqanının olmaması və sidik axarının düz bağırsağa açılması sindromudur. Bu, tibbi ədəbiyyatlarda belə dəqiq məlumatı olmayan patologiyadır.

Həkimlər oğlan olduğu dəqiqləşdirilən 2 aylıq körpə üçün yerli toxumalarından və Gortex adlanan materialdan süni cinsiyyət orqanı düzəldib.

Süni orqan uşaq cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Toğrul Ömərov tərəfindən uşağa tikilib.
Əməliyyat zamanı sidik kanalı xayaların alt hissəsinə qədər gətirilib.

Toğrul həkimin dediyinə görə, süni orqan gələcəkdə uşağa heç bir narahatlıq yaratmayacaq, heç bir pozğunluq törətməyəcək, bu orqan sadəcə sidik ifrazında rol oynayacaq.

Uşağı daha 3 etaplı əməliyyat gözləyir ki, bundan sonra sidik kanalı bu orqanın ucuna çəkiləcək.
"Bəs bu uşaq gələcəkdə ata olmaq qabiliyyətinə malik olacaqmı" sualına cərrah "mümkündür" cavabını verib: "Xayalar normal inkişaf etdiyindən oradan sperm hüceyrələri götürülüb, süni mayalandırma ilə pasiyentin ata olmasını təmin etmək olar".

OXŞAR XƏBƏRLƏR

Milli Məclis payız sessiyasında 84 qanun, 41 qərar qəbul etdi

Milli Məclis payız sessiyasında 16 iclas keçirib, 84 qanun, 41 qərar qəbul edib.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova...

Milli Məclis Prezident və birinci xanımı təbrik etdi

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik mə...

Xorvatiyada prezident seçkiləri keçirilir

Bu gün Xorvatiyada prezident seçkiləri keçirilir.    Sfera.az xəbər verir ki, ölkə üzrə 3,7 milyondan çox seçici səsvermə üçün qeydiyy...

Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi - RƏSMİ

Qanunsuz yollarla vətəndaşlara məxsus pul vəsaitlərini ələ keçirmiş vəzifəli şəxs barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb.   Bu barədə...

MM Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciəti qəbul edib - YENİLƏNDİ

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət mətni hazırlayıb.   Sfera.az xəbər verir ki, parlamentin payız sessiya...

Cənubi Koreyada baş verən təyyarə qəzasında 151 nəfərin öldüyü təsdiqlənib - YENİLƏNDİ

Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 151 nəfərin öldüyü təsdiqlənib.   Sfera.az xəbər verir ki, bu barədə &ldq...