Azərbaycan hərbi gəmiləri İranda - Video

Azərbaycan hərbi gəmiləri İranda - Video

Azərbaycan və İran hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, oktyabrın 3-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri İrana dostluq səfərinə gedib.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, oktyabrın 7-dək davam edəcək səfər çərçivəsində Azərbaycanın hərbi dənizçiləri İranın Xəzər dənizindəki hərbi dəniz komandanlığı ilə görüşü, Ənzəli şəhərindəki dəniz bazasına ziyarəti və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR