Azərbaycan daha bir beynəlxalq turnirə ev sahibliyi edəcək

Azərbaycan daha bir beynəlxalq turnirə ev sahibliyi edəcək
 

Avropa Voleybol Konfederasiyası Azərbaycana növbəti dəfə etimad göstərib.

Report xəbər verir ki, Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatının ardından, çimərlik voleybolu üzrə beynəlxalq turnirə də (2017 CEV-EEVZA Beach Volleyball Satellite Baku ) ev sahibliyi edəcək.

Oktyabrın 11-dən 14-dək davam edəcək yarış "Su İdmanı Sarayı”nda keçiriləcək. Azərbaycanı turnirdə Ruslan Əliyev – Vüsal Qurbanov, Vadim Kutukov – Pərviz Səmədov, Fidan Ağaməmmədova – Dünya Vəliyeva, İlhamə Əliyeva –İrina Abbaszadə və Nazilə Səlimova – Viktoriya Ağakişiyevadan ibarət cütlüklər təmsil edəcək.

Kişilərin mübarizəsində Rusiyadan 5, Çexiyadan 4, Avstriya, Hollandiya, Danimarka, Ukrayna, Fransa, Yunanıstandan 2, Finlandiya, Sloveniya, İsveç, Türkiyə, İtaliya və Latviyanın hərəsindən 1 komanda gücünü yoxlayacaq. Qadın voleybolçuların yarışına isə Avstriya, Belçika, Belarus, Şotlandiya, Sloveniya, İsveç, Kipr, Almaniya, Yunanıstan, Çexiya (hamısı 1 cütlük), Macarıstan, Hollandiya, Danimarka (2), Fransa (3) və Rusiya (5) təmsilçiləri qatılacaqlar.

Yarışın ilk günü, 11-13 oktyabrda təsnifat mərhələsi, 14-də isə yarımfinal və final oyunları keçiriləcək.

Qeyd edək ki, oyunlar 3 meydançada baş tutacaq. I yer 880, II yer 640, III yer 520 avro məbləğlərlə mükafatlandırılacaqlar.


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...