Vüqar Qaradağlıya yaxın şəxslər ATV-dən uzaqlaşır?

Hər gün səhər saat 08:00-da ATV kanalında efirə gedən "ATV Səhər” proqramı bu gün yayımlanmayıb. Verilişin əvəzinə efirə İlqar Mikayıloğlunun aparıcılıq etdiyi "İlqarla bir gün” verilişi gedib.
Sfera.az-ın əldə etdiyi məlumata görə, ATV telekanalında hazırda çalışan bir neçə əməkdaşın da işdən çıxması və ya çıxarılacağı nəzərdə tutulub.
Hətta Vüqar Qaradağlı ilə bir başa əlaqəli olan şəxslərin də öz istəkləri ilə işdən çıxacaqları bildirilir.
Sfera.az xəbər verir ki, Azxəbər.com saytı verilişin efirə getməməsinə səbəb kimi "ATV Səhər” proqramının fəaliyyətini yenidən dayandırmasını göstərib. Saytın əldə etdiyi məlumata görə, proqramın birdəfəlik efirdən yığışdırılmasına səbəb aparıcısı Turan İbrahimovun tənqidin sərhədlərini aşması olub.
T.İbrahimovun isə kanaldan uzaqlaşdırıldığı bildirilib.
Gülnarə Eynullaqızı
Sfera.az