Zakir Həsənov Belarus səfiri ilə görüşdü

Zakir Həsənov Belarus səfiri ilə görüşdü

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ilə görüşüb.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin yaxın vaxtlarda Azərbaycanın müdafiə nazirinin Belarusa planlaşdırılan səfərinin detallarını və keçiriləcək görüşlərdə hərbi əməkdaşlıq sahəsində baxılacaq məsələləri də müzakirə ediblər.

Sfera.az


OXŞAR XƏBƏRLƏR