“Qarabağ”ın Avroliqadakı oyunu haqda – Şok iddia

“Qarabağ”ın Avroliqadakı oyunu haqda – Şok iddia

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna – Türkiyə (2:0) matçı ətrafındakı söz-söhbətlər səngimək bilmir.

Tanınmış idman yazarı Meriç Müldür həmin qarşılaşmadakı hakim səhvlərinin təsadüfi olmadığını yazıb.

O, ukraynalıların vurduğu hər iki qoldakı kobud hakim səhvlərini FİFA Hakimlər Komitəsinin sədri və UEFA-da hakimlərin təyinatına məsul şəxs olan Pyerluici Kollina ilə əlaqələndirib. Müldür Ukrayna klublarının artıq neçə ildi hakimlərin sayəsində uğur qazandıqlarını vurğulayıb.

2014-15 mövsümündə Avropa Liqasında "Qarabağ”la eyni qrupda yer alan "Dnepr”in finala qədər irəliləməsini də yada salan türkiyəli həmkarımız bunda Kollinanın "zəhməti” olduğuna işarə vurub:

"Kollinanın Ukraynada peşəkar şəkildə çalışdığı dövrdə (2010-2017) bu ölkə klublarının avrokuboklardakı nəticələri diqqət çəkməyə bilməz. Ukrayna lobbisinin təsir gücü çoxdu. UEFA-nın vitse-prezidenti Qreqori Surkis eyni zamanda Kiyev "Dinamo”sunun və Ukrayna Futbol Federasiyasının fəxri-prezidentidi. Kollinanın Ukraynada çalışmağa başladığı 2010-cu ildən bəri "Dinamo”, "Şaxtyor”, "Dnepr”, "Metallist” və yığma komandanın ev matçlarındakı nəticələri heç də pis olmayıb. Öz meydanlarında yalnız qalib gəlmələri mümkünsüz olan böyük komandalara yeniliblər. Kollinanın Ukrayna Futbol Federasiyasındakı işi 2017-ci ildə bitib. Maraqlıdı ki, onun gedişindən sonra bu ölkə komandalarının nəticələrində geriləmə müşahidə olunur. Hər mövsüm Avropada Ukraynanın bir klubunun sanki önü açılır. "Şaxtyor” keçmişdə Avropa Liqasının qalibi olub, "Dnepr” 2014-15 mövsümündə həmin turnirin finalına yüksəlib, 2011-12 mövsümündə "Metallist” 1/4 finalda çıxış edib. Önü açılan komanda bu il, bəlkə də, "Dinamo” olacaq. Üç mövsüm əvvəl finala qədər irəliləyən "Dnepr”in qısa müddətdə dağılması diqqətçəkən məqamdı. AÇ-2012-də İngiltərə ilə matçda Ukraynanın əleyhinə səhv edən Viktor Kaşşai haqda Kollinanın tənqidi açıqlamasından sonra macarıstanlının dərhal evinə göndərildiyini unutmayaq. Görünür, ukraynalıların beynəlxalq arenadakı oyunlarına diqqəti artırmaq lazımdı”.

Qeyd edək ki, 2014-15 mövsümündə qrup mərhələsinin son turunda "Qarabağ” evdə "İnter”in qapısına son dəqiqədə yol tapsa da, hakim təmiz qolu qeydə almamış və uzun müddət tənqid obyektinə çevrilmişdi. Məhz həmin kobud səhvin sayəsində növbəti mərhələyə adlayan komanda "Qarabağ” yox, "Dnepr” olmuşdu. (apa)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...

Həkim həyəcan təbili çaldı: Yayda xəstəliklərin əsas səbəbi nədir?

"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək...

İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.   Zirvə görüşündə İran prezidenti Məsud...

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər veri...