\"Tərəflərin maraqları təmin olunarsa, sammitlər davamlı ola bilər\" - Ekpsert

\

"Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda keçiriləcək toplantısı regoinal əməkdaşlığın güclənməsinə və genişlənməsinə xidmət edə bilər”.

Bu sözləri Sfera.az-a Astana sammiti, Azərbaycan, İran və Rusiya dövlət başçılarının növbəti üçtərəfli zirvə görüşü ilə bağlı suallara aydınlıq gətirən siyasi şərhçi Sədrəddin Soltan deyib.


Ekspertin fikrincə, həm də bölgəyə təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli təsiri göstərəcəyi də istisna edilmir:

"Çünki regionun, Qafqazın, eləcə də Yaxın Şərqin təhlükəsizliyində bu dövlətlərin rolu var. Məsələn, Rusiya raketləri Azərbaycan və İranın hava sərhədlərindən keçərək, Suriyadakı terrorçuların mövqeyinə zərbə endirdiyini qeyd etmək olar. Bundan başqa Azərbaycanın hədəflərindən biri də işğal altında saxlanılan Dağlıq Qarabağ torpaqlarının azad edilməsidir. Rusiya və İranın Ermənistanla sıx münasibəti var. Ona görə rəsmi Bakının da onlardan işğalçıya təsir göstərməsini istəməsi təbii qarşılana bilər. Odur ki, sammitdə münaqişə bölgəsi ilə bağlı məsələnin müzakirə ediləcəyi istisna edilmir. Çünki bölgənin təhlüksizliyi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, bir-birinə etibar, həm də Dağlıq Qarabağın işğaldan azad olunmasından asılıdır. Tərəflərin maraqları təmin olunarsa, sammitlər də davamlı ola bilər”.

Gülnarə Eynullaqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR