İcra başçısı gənclərlə bayramı qeyd etdi

İcra başçısı gənclərlə bayramı qeyd etdi

2 fevral – Gənclər Günü münasibəti ilə Lənkəran şəhərində Mədəniyyət Mərkəzində təntənəli bayram tədbiri keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov tədbirdə məruzə edib, məruzə ətrafında müzakirələrdə Lənkəran Dövlət Universitetinin tələbələri Mədinə Məmmədli, Rəşad Paşayev, Elvin Əsədli və başqaları çıxış ediblər.

Gəncləri əlamətdar bayram münasibəti ilə təbrik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov ölkədə böyük uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Natiq çıxısında 1993-cü ilin iyun ayınadək və ondan sonra baş verən hadisələri müqayisə edib, Heydər Əliyevin 2-ci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə siyasi sabitliyin yaranmasının əhəmiyyətini diqqətə çatdırıb.

Taleh Qaraşov daha sonra gənclərimizin dünyada gedən siyasi proseslərə doğru-düzgün qiymət verməsinin vacibliyini vurğulayaraq onları ictimai-siyasi sabitliyi, dinc asayişi pozmağa cəhədlərin qarşısının alınmasında fəallıq göstərməyə, vətənpərvər olmağa, milli-mənəvi dəyərlər ruhunda böyüməyə, ana dilini mükəmməl bilməyə, çoxlu xarici dil öyrənməyə, ümumbəşəri dəyərlərə sadiq qalmağa, dini radikalizmə qarşı barışmaz mövqe tutmağa, daim ayıq-sayıq olmağa, heç bir təxribata uymamağa, onları prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın sürətli inkişafına töhvə verməyə, Vətənə, dövlətə sədaqətli olmağa çağırıb.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən gənclərin bir qrupuna Lənkəran ŞİH-nin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim edilib.

İcra
İcra


OXŞAR XƏBƏRLƏR