Dini liderlərin görüşünə Ayaz Mütəllibovdan – Şərh

Gündəm
10:27 / 09.09.2017
1506
Şeyxüilislam məgər indiyədək Qareginlə görüşməyib? İndiki situasiya da əvvəlkilərdən heç nə ilə fərqlənmir.
Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Musavat.com-a geniş müsahibəsində Bütün Qafqazın şeyzi Allahşükür Paşazadə ilə erməni katolikosu II Qareginin Moskva görüşünü şərh edərkən deyib. O bildirib ki, görüş protokol xatirinə keçirilib:
"Protokol üçün bir-iki söz deyiləcək. Ancaq hansısa irəliləyiş gözləmək mümkün deyil. Çünki bu, artıq beynəlxalq miqyaslı bir problemdir və çalışmalara baxmayaraq, bu vaxta qədər öz həllini tapmayıb. Ona görə də mən belə görüşlərə ümid bəsləmirəm”.
Sfera.az