"Akif Əli tutduğu vəzifədən azad olunmalıdır!" - Siyasətçilərin REAKSİYASI

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikirlər ölkədə böyük səs-küyə səbəb olub.

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib ki, Lütfi Zadə böyük alim idi, onu "fındıqbaş” adlandırmaq ədəbsizlikdir:
"Adamın başı keçəl olsa da, ancaq o başıboş deyildi. Təbii ki, Akif Əli böyük səhvə yol verib. Əgər üzr istəyibsə, günahından keçmək olar”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, Akif əlinin səsləndirdiyi fikir doğru deyil:
"Bəzi insanlar çox lovğalanır. Lütfi Zadə böyük və dünya şöhrətli alimdir. O öz elmi ilə Azərbaycana, ümumiyyətlə, bütün dünyaya xidmət edib. Kimlərsə cılız fikirləri ilə Lütfi Zadəni kiçildə bilməz. Çox təəssüf edirəm ki, bu cür qurumun rəsmisi belə bir fikir səsləndirib. Bəziləri həm başlarını, həm də özlərini itiriblər. Akif Əlinin üzrü qəbul olunmamalıdır. O tutduğu vəzifədən  qovulmalıdır!”. 

Qeyd edək ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli işlətdiyi ifadələrə görə sosial şəbəkədəki hesabından üzr istəyib. Baş nazirin müavini Abid Şərifov isə A.Əlinin bu sözünə görə cəzalanacağı barədə mediaya açıqlama verib.

Azad Əliyev
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR