Məmmədyarov: İnsanlar illərdir əziyyət çəkir

Məmmədyarov: İnsanlar illərdir əziyyət çəkir

Türkiyə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik edən ölkə kimi Myanmarda baş verənləri diqqətlə izləyir. Myanmarda insanlıq dramı yaşanır, bütün dünya baş verənlərə həssas yanaşmalıdır. Amma təəssüf ki, biz bunu görmürük.

Sfera.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı toplantısından sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı günü bu məsələni diqqətdə saxladı və dünya ölkələrinin liderləri ilə müzakirələr apardı: "Azərbaycana Myanmardakı hadisələrlə bağlı reaksiyasına görə çox təşəkkür edirik. Azərbaycandan sonra Banqladeşə gedəcəyəm. Biz beynəlxalq səviyyədə nə edə biləcəyimiz barədə azərbaycanlı həmkarımla müzakirə apardıq. Arakan məsələsini ədalətli şəkildə həll etməliyik”.

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov isə Myanmarda vəziyyətin ağır olaraq qaldığını deyib. Onun sözlərinə görə, illərdir ki, insanlar əziyyət çəkir: "Bu məsələ daim gündəlikdə saxlanmalıdır ki, öz həllini tapsın”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR