Nalbəndyanla görüşdə əsas şərt… - Məmmədyarov

Nalbəndyanla görüşdə əsas şərt… - Məmmədyarov

Ermənistanın Xarici İşləri naziri Edvard Nalbəndyanla görüş razılaşdırılsa da, hələlik konkret tarix və yer bəlli deyil. Çox güman ki, bu yaxınlarda bununla bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən təklif alacağam.

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı toplantısından sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, böyük ehtimal görüş BMT Baş Assambleyasının iclası çərçivəsində keçiriləcək:

"Bizim hansı sazişi müzakirə edəcəyimiz hamıya məlumdur. Yeganə lazım olan şey siyasi qərarın olmasıdır. Bu siyasi qərarın əsasında bizim həmişə vurğuladığımız kimi əsas şərt Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılmasıdır”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR