“Qurban Qurbanova heykəl qoyulacaq”
Xarici kütləvi informasiya vasitələri builki Çempionlar Liqasının əsas sensasiyası – Azərbaycanın "Qarabağ” klubunun qrup mərhələsinə vəsiqə qazanması barədə yazılarını davam etdirirlər.
Almaniyanın Fussball.com futbol portalı "Qarabağ”, komandanın təmsil etdiyi Ağdam şəhəri və Azərbaycanın bu bölgəsinin işğalı barədə qeydlərindən sonra yazıb:
"Çempionlar Liqasında autsayder roluna baxmayaraq, komandanı qiymətləndirməmək olmaz. Əvvəllər Xixon "Sportinq”ində cə "Xetafe”də oynamış Miçel "Qarabağ”ın pleymeykeridir. Ona naturallaşdırılmış braziliyalı Riçard Almeyda və əla oyunçu sayılan haitili Donald Gerye dəstək verirlər. Hücumçu Dino Ndlovu rəqibin müdafiəsini qorxu altında saxlayır.
Klubun təcrübəli məşqçisi də var – Qurban Qurbanov. O, "Qarabağ”a 2008-ci ildən rəhbərlik edir və 2014-cü ildə komandanı çempionluğa gətirib. Onun rəhbərliyi altında "Qarabağ” Azərbaycanın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış ikinci, həmin mərhələdə qələbə əldə etmiş birinci komandası olub. Qurbanov Çempionlar Liqasında qələbə qazana bilsə, ona heykəl qoyula bilər. "C” qrupunda azərbaycanlılar İngiltərə çempionu "Çelsi”, həmçinin "Roma” və "Atletiko”nun öhdəsindən gəlməyə çalışacaqlar”. (virtualaz)
Sfera.az