Güləşçilərimiz mübarizəyə başlayır
Bu gün Fransanın paytaxtı Parisdə güləş üzrə dünya çempionatına start veriləcək.
İlk yarış günündə 71 kq, 75 kq, 85 kq və 98 kq çəki dərəcələrində yer alan yunan-Roma güləşçiləri qüvvələrini sınayacaqlar.
Azərbaycan bu çəkilərin hamısında təmsil olunacaq. 2015-ci ildə keçirilmiş son dünya çempionatının qalibi Rəsul Çunayev (71 kq) mübarizəyə 1/32 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi honduraslı Jefrin Benito Maxia Sambula olacaq.
Qalan güləşçilər 1/16 finaldan etibarən çıxış etməyə başlayacaqlar.
2010-cu ilin Avropa və dünya çempionu Həsən Əliyevin (75 kq) ilk rəqibi yaponiyalı Şohey Yabiku olacaq.
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi İslam Abbasov (85 kq) perulu Rikardo Dieqo Kardenas Esquenlə üz-üzə gələcək.
İslamiadanın daha bir qalibi Orxan Nuriyev (98 kq) də honduraslı Kevin Mexia Kastilyo ilə qarşılaşacaq.
İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final qarşılaşmaları isə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatı avqustun 26-dək davam edəcək. (report)
Sfera.az