Azərbaycanda günün dəhşəti! Vəzifəli məmur oğlunun görün harasını kəsib öldürüblərmiş

16:47 / 16.08.2017
10320
Ağdaş rayonunda baş vermiş qətl hadisəinin təfərrüatı məlum olub.
Sfera.az bildirir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə gecə radələrindən toydan çıxarkən baş verib. İki dost arasında söyüş üstündə mübahisə yarandığı və Cabir Savxanovun həmkəndlisini ayağından bıçaqladığı bildirilir.
Bıçaq şah damarını kəsdiyi və xəstəxanaya gec çatdırıldığı üçün Sahib Həsənovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, qətlə yetirilən 22 yaşlı Sahib nişanlı olub. Mərhum Sahib Həsənov Qəribli kəndinin daxil olduğu Aşağı Nemətabad kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.