Dünya çempionu: “Azərbaycana qayıtmağa hazıram”

Dünya çempionu: “Azərbaycana qayıtmağa hazıram”

Prezident İlham Əliyevə mənə ünvanladığı təbrikə görə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçün qürurvericidir.

Sfera.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu olan Ramil Quliyev deyib.

Türkiyəni təmsil edən atlet "Azərbaycana qayıtmaq istərdinizmi?” sualına "Əgər istəsələr, mən hər zaman qayıtmağa hazıram”- deyə cavab verib.

"Bu, təkcə mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir. Çox sevinirəm. Bilirdim ki, xalqım məni dəstəkləyəcək. Bunu hiss edirdim. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən azərbaycanlıyam. Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Ona görə də hər iki dövlətin bayrağını dalğalandırdım. Bu, mənim üçün fəxrdir”

Qeyd edək ki, Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını qazanıb. Ramilin qələbəsi Türkiyədə böyük sevinclə qarşılanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və digər dövlət məmurları azərbaycanlı idmançını qazandığı qələbə münasibətilə təbrik ediblər

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Mbappe "Mançestr Siti"yə keçəcək? - Baş məşqçidən AÇIQLAMA

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Real"ın hücumçusu Kilian Mbappeni komandalarına gətirməyin niyə mümkün olmadığından danışı...

Fransada 300 miqrant “işğal etdiyi” teatr müəssisəni iflasa sürükləyir

Artıq bir aydan çoxdur ki, Fransanın Paris şəhərindəki Lirik Sevinc Teatrı başlarının üstündə dam örtüyünə ehtiyacı olan bir qrup evsiz tərəfindən “işğal ...

Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə! - QİYMƏTLƏR açıqlandı

Qafqaz Müsəlmanları İdarəsi 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən Azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib.   Sfera.az xəbər veri...

Türkiyədə partiya sədri SAXLANILDI

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ Ankarada saxlanılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat ya...

Donald Tramp andiçmə mərasimində 2 cinsi tanıdığını bildirib

Bu gündən etibarən ABŞ-nin rəsmi siyasəti yalnız iki cinsi - kişi və qadını tanımaqdır.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tr...

"Bu tip mesajlara inanmayın, ehtiyatlı olun"

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişanın adından dələduzluq edilib.   Sfera.az xəbər verir ki, bu barədə o, sosial şəb...