Bakıda ağır qəza: 1 ölü, 3 yaralı

13:13 / 11.08.2017
1241
Bakıda bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
DİN-dən Sfera.az-a verilən məlumata görə, avqustun 11-də saat 2 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakinləri Şəfa Zeynalovun idarə etdiyi "Mersedes” və Orxan Məmmədovun idarə etdiyi "Hunday" markalı avtomobillər toqquşub.
Nəticədə Ş.Zeynalov hadisə yerində ölüb, O.Məmmədov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Sfera.az