Bakıda səfirlik maşını qəzaya düşüb

11:51 / 11.08.2017
1405
Mərakeşin Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb.
Hadisə paytaxtın Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb. Mərakeşin Bakıdakı səfirliyinə məxsus, 1974-cü il təvəllüdlü Xalid Berrahalın idarə etdiyi "Dodge” markalı, 054 D 003 dövlət qeydiyyat nişanlı maşın yoldan çıxaraq səkiyə çırpılıb. Nəticədə xəsarət alan olmayıb. (apa)
Sfera.az