Masallı dağlarında yanğın

Hadisə
15:32 / 10.08.2017
1452
Masallı dağlarında yanğın başlayıb.
FHN-dən Sfera.az-a verilən məlumata görə, avqustun 9-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə yanğın müşahidə olunur.
Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində 10 avqust 2017-ci il tarixində saat 10:50-də yanğın məhdudlaşdırılıb.
Yanğının söndürülməsi üçün işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Sfera.az