Göygöldə ağır qəza: ölən və yaralananlar var
Hadisə
18:00 / 09.08.2017
522
Göygöldə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun 358-ci kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb. "Ford" markalı sərnişin daşıyan mikroavtobusla VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (apa)
Sfera.az