Türkiyə XİN-dən Əli Həsənovun nəvəsinin törətdiyi qəza ilə bağlı açıqlama

Türkiyə XİN-dən Əli Həsənovun nəvəsinin törətdiyi qəza ilə bağlı açıqlama

 

Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hüseyn Müftüoğlu baş nazirin müavini, "Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus "10-PP-203” dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen” avtomobilinin avqustun 3-də qəza törətməsi nəticəsində 2 nəfər Türkiyə vətəndaşının yaralanması məsələsinə münasibət bildirib.

Sfera.az xəbər verir ki, Türkiyə XİN rəsmisi H.Müftüoğlu ölkə.az-a açıqlamasında deyib ki, sözügedən hadisədə Türkiyə vətəndaşlarının da həlak olması və yaralanması ilə bağlı səfirliyə məlumat verilib: "Adətən, xarici ölkələrdə baş verən avtomobil qəzaları nəticəsində həlak olan və ya yaralanan Türkiyə vətəndaşları ilə bağlı müvafiq diplomatik nümayəndəliklər məlumat öyrənir. Azərbaycan da hüquqi dövlətdir. Biz bu hadisə ilə bağlı da Azərbaycan dövlətinin ədalətli qərar verəcəyinə əminik. Biz Azərbaycan məhkəmələrinin ədalətli qərar qəbul edəcəyinə inanırıq”.

 


H.Müftüoğlu qeyd edib ki, sözügedən hadisə Azərbaycan-Türkiyə münasibətlərində heç bir mənfi təsir göstərə bilməz: "Dünyanın bir çox ölkələrində baş verən avtomobil və digər qəzalarda Türkiyə vətəndaşları həlak olurlar. Bu hadisələrin ədalətli şəkildə araşdırılması və günahkarların cəzalandırılması da həmin ölkələrin daxili işləridir. Azərbaycanın qanunvericilik orqanlarına, o cümlədən məhkəmələrinə inamımız sonsuz olduğu üçün qəzada həlak olan və ya yaralananlarla bağlı da ədalətli addımlar atacağına əminik. İnanırıq ki, qardaş Azərbaycan dövləti qəzada yaralanan Türkiyə vətəndaşları ilə bağlı təqsirli şəxslərin cəzalandırılmasını layiqli şəkildə yerinə yetirəcək. Buna heç bir şübhəmiz yoxdur”.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...