Bakıda “Leksus" piyadanı öldürdü

Hadisə
14:28 / 07.08.2017
1279
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
DİN-dən Sfera.az-a verilən məlumata görə, avqustun 5-də saat 21 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini Elvin İsmayılzadə idarə etdiyi "Leksus” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Mübariz Dalovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Sfera.az