““Gelandewagen”in sükanı arxasında Nail Allahverdiyev olub” — DİN-dən AÇIQLAMA

““Gelandewagen”in sükanı arxasında Nail Allahverdiyev olub” — DİN-dən AÇIQLAMA
Ötən gün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov Bakının Heydər Əliyev prospektində "Mercedes Gelandewagen” markalı avtomobilin törətdiyi dəhşətli qəzanin təffərüatları və istintaqın gedişi haqda virtualaz.org saytına ətraflı açıqlama vermişdi.

Sfera.az xəbər verir ki, bu dəqiqələrdə isə DİN-in mətbuat xidməti virtualaz.org saytının istintaqın gedişi və sürücünün şəxsiyyətinin müəyyən edilməsi haqda sualına cavab olaraq bildirib ki, aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntüləri araşdırılıb və "Mercedes Gelandewagen” markalı yolsuzluq avtomobilinin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğu müəyyən edilib.

Adı çəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunacaq.

Xatırladaq ki, Nail Allahverdiyev baş nazirin müavini Əli Həsənovun nəvəsidir. Daha öncə KİV və qorxunc qəzanın şahidləri dəfələrlə bildirmişdilər ki, məhz o, avtomobilin sükanı arxasında olub və insanların ölümünə gətirib çıxarmış qəzanı törədib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...