Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyardı keçdi

İqtisadiyyat
17:00 / 03.08.2017
1075
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il avqustun 1-nə 5 033,1 mln. ABŞ dolları təşkil edib.
Bu, iyulun 1-i ilə müqayisədə 69 mln. dollar və yaxud 1,4% çoxdur.
Qurumun valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1 058,7 mln. dollar və yaxud 26,6%, son 1 ildə isə 870,2 mln. dollar və yaxud 20,9% artıb. (report)
Sfera.az