Yığmamızın sabiq baş məşqçisi həbs olunub

Yığmamızın sabiq baş məşqçisi həbs olunub

Cüdo üzrə Azərbaycan millisinin keçmiş baş məşqçisi Peter Zayzenbaher həbs olunub.

Avstriyalı keçmiş Olimpiya çempionu Kiyevdə saxlanılıb.

Pedofiliyada günahlandırılan 56 yaşlı mütəxəssis haqda beynəlxalq axtarış elan olunmuşdu. Buna səbəb Zayzenbaherin məhkəmə proseslərinə gəlməməyi və istintaqdan gizlənməsidi.

Onun məhkəmə prosesi ölkəsinə ekstradisiya olunduqdan sonra başlayacaq.

Qeyd edək ki, Zayzenbaher 11 və 13 yaşlı yetirmələrini zorlamaqda ittiham olunur. O, 1990-cı ilin sonlarında 2000-ci ilin əvvəllərində törətdiyi əməllərə görə indi cavab verməli olub. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...