İsveç qadın Bakıda qalib olub

İsveç qadın Bakıda qalib olub

İyulun 29-da Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının doqquzuncu gününün yarışları başlayıb.

Çempionatın doqquzuncu gününə qadınlar arasında 300 metr məsafəyə tüfənglə atəş açma yarışı ilə start verilib.

İsveçli atıcı Elin Ahlin rəqiblərindən daha yaxşı nəticə göstərərək 594 xalla birinci yeri təmin edib.

İkinci yerə 591 xalla avstriyalı Oliviya Hofmann, üçüncü yerə isə 589 xalla isveçli Anna Norman çıxıb.

Günün digər yarışında isə kişilər (yeniyetmələr) 25 metr məsafəyə tapança ilə atəş açma yarışında güclərini sınayacaq.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR