Benzinin qiyməti qalxdı: Tarif Şurasının qərarı SOCAR-ın borc yükünün artması ilə əlaqədardır - ŞƏRH

Benzinin qiyməti qalxdı: Tarif Şurasının qərarı SOCAR-ın borc yükünün artması ilə əlaqədardır - ŞƏRH
Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılmış, müvafiq tarif tənzimlənməsi həyata keçirilmişdir. Ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, "Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılmışdır. Tarif (qiymət) Şurasının iclasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilmişdir. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minir.

Benzinin qiymətinin qalxmasını Sfera.Az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, benzinin qiymətinin artması üçün iqtisadi səbəb yoxdur. 
 
 

Ekspertin sözlərinə görə, beynəlxalq bazarda neftin qiyməti ilə benzinin qiyməti arasında birbaşa korrelyasiya var:
"Son illərdə neftin qiymətinin ən çox endiyi dövlətlərdən biri ABŞ-dır. ABŞ-da benzin qallonla ölüçülür. 1 qallon isə  3,79 litr benzinə bərabərdir. Hazırda ABŞ-da neftin qiyməti 2-2,5 dollar enib. Bu isə benzinin qiymətində 2 dəfə ucuzlaşma deməkdir. Bir çox Avropa ölkələrində də oxşar situasiya müşahidə olunur. Qiymətlərdə hətta 30, 40, 50%-ə qədər enmə özünü göstərir. Avropa ölkələrində vergi çox olduğu üçün qiymətlərin enməsi o qədər də nəzərə çarpmır. Azərbaycan o ölkələr qurupuna daxildir ki, burada qiyməti dövlət tənzimləyir. Ona görə də, Azərbaycanda neft bazarı ilə benzin qiymətləri arasında birbaşa əlaqə yoxdur". 

Ekspert qeyd edib ki, Azərbaycanda təkcə "Premium" markalı benzinə dövlət nəzarəti yoxdur:
"Amma baxırıq ki, "Premium" markalı neftin qiyməti necə artmışdısa, elə də qalıb. Əksinə, enmə olmadı, 95 qəpikdən 1 manat 10 qəpiyə qədər artım oldu. "Aİ 92" markalı benzinin qiymətində isə uzun illərdir ki, dəyişiklik yoxdur. Satışı dövlətin təyin etdiyi qiymətlə həyata keçirilir. Neftin qiymətinin kəskin artma ehtimalı yox səviyyəsindədir. Neft ölkələrinin İstanbulda keçirilən  konfransı da sübut etdi ki, yaxın 5 ildə neftin qiymətində kəskin artım gözlənilmir. Bütün proqnozlar neftin qiymətinin 40-50 dollar arasında olması üzərində qurulmuşdu. Büdcədə yaranmış problemlərlə əlaqədar Dövlət Neft Şirkəti "Aİ 92" markalı benzinin qiymətinin qaldırılması ilə əlaqədar Tarif Şurasının qərarı SOCAR-ın borc yükünün artması ilə əlaqədardır. Maliyyə vəsaiti pisləşdikcə qiymətin daha da artırmaq ehtimalı da yüksəlir".

Çinarə Məmmədova
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...