Tarif Şurasından benzinin qiyməti ilə bağlı növbəti – Açıqlama

Tarif Şurasından benzinin qiyməti ilə bağlı növbəti – Açıqlama

Aİ-92 markalı avtomobil benzininin tarifindəki dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyatda, o cümlədən, avtobusla müntəzəm sərnişin daşımaya hər hansı aidiyyəti yoxdur.

Sfera.az xəbər verir ki, bu barədə ötən gün Aİ-92 markalı avtomobil benzininin tarifindəki dəyişikliklə bağlı Tarif (qiymət) Şurasından özəl olaraq Trend-ə verilən açıqlamada qeyd olunur.

Şuradan bildirilib ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, "Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb:

"Lakin bununla belə qeyd edilməlidir ki, Aİ-92 markalı avtomobil benzininin tarifindəki dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyatda, o cümlədən, avtobusla müntəzəm sərnişin daşımaya hər hansı aidiyyəti yoxdur. Belə ki, bu sahələrdə dizel yanacağından, bir sıra avtobuslarda isə maye və ya sıxılmış qazdan istifadə olunur. Həmçinin dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarda da dizel yanacağından istifadə edilir. Hava nəqliyyatına gəlincə, bu sahədə də Aİ-92 markalı avtomobil benzinindən deyil, reaktiv mühərrik yanacağından istifadə olunur. Göründüyü kimi, tarif dəyişikliyinin dizel yanacağına, aviabenzinə, maye və sıxılmış qaza aidiyyəti olmadığı üçün yük və sərnişin daşıma baxımından əlavə xərc yaratmır".

Tarif Şurasından benzinin tarifindəki dəyişikliyin taksi fəaliyyətinə təsiri ilə bağlı bildirilib ki, taksi fəaliyyəti ilə məşğul olan şəxsin nəqliyyat vasitəsi dizellə deyil, benzinlə işləyən avtomobildirsə və hər 100 kilometr məsafə üçün 10 litr benzin sərf edirsə, bu halda xərc hər kilometr üçün 2 qəpik artır, yəni 10 kilometr məsafə üçün gediş xərci 20 qəpik dəyişir. Bu sahədə kifayət qədər rəqabət olduğu üçün hansısa şirkət yersiz qiymət artımına gedərsə, bu onun müştəri itirməsi ilə nəticələnəcək.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...