Şəkər xəstələrinə ŞAD XƏBƏR: Bircə döymə ilə...

Şəkər xəstələrinə ŞAD XƏBƏR: Bircə döymə ilə...
Tibb gündən-günə inkişaf edir. Dünyanın nəhəng universitetlərindən olan Massaçut Texnologiya Universiteti və Harvard şəkər xəstələrinə şad xəbər olacaq bir işə imza atıblar.

Sfera.az lent.az-a istinadən xəbər verir ki, hazırlanmış layihəyə əsasən diabetdən əziyyət çəkənlərə hansısa dərman və həb verməyə ehtiyac olmayacaq. Layihə sadəcə bir döymə üzərindən həyata keçiriləcək. Belə ki, diabetli xəstələrə vurulan döymə şəkərin azalıb yüksəlmə dərəcəsinə görə rəngini dəyişir. Bununla şəkər xəstəliyinin ölümcül bir xəstəlik kimi aradan qaldırılması nəzərdə tutulub.
 
Həkim Lars Krutak fərqli coğrafi ərazilərdə həyata keçirdiyi səyahətlərində müəyyən xəstəlikləri azaltmaq üçün tətbiq olunan bəzi qəbilə döymələrini kəşf edib. İllər boyu çox elm adamı, tibbi problemləri izləmək üçün bir yol olaraq insan bədənini "toxunula bilən bir ekrana" necə çevirməyi düşünüb. Ancaq bu günə qədər heç kəs belə bir döymə kəşf etməyi düşünməyib. Bu, qan şəkəri səviyyəsinə reaksiya göstərərək rəng dəyişdirən dünyanın ilk həssas döyməsi olacaq. "Dermal Abyss" adı verilən layihə sağlamlıq vəziyyətinə görə dəyişən rənglər sayəsində şəkər xəstəliyini nəzarətdə saxlayacaq. Beləliklə, qanda şəkər yüksəldikdə vacib olan tədbirlər həyata keçirilərək, ölümlə nəticələnməsinin qarşısı alınacaq.

OXŞAR XƏBƏRLƏR

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...