"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır

"Qarabağ” bu gün yeni avrokubok mövsümünə start verəcək. Azərbaycan çempionu ardıcıl 4-cü dəfə qatıldığı Çempionlar Liqasında ilk görüşünə çıxacaq.

Qitənin ən nüfuzlu turnirinə II təsnifat mərhələsindən başlayacaq Ağdam təmsilçisi "Samtredia” ilə üz-üzə gələcək. Gürcüstan çempionu ilə ilk qarşılaşma Bakıda baş tutacaq. Təmsilçimiz evdə keçirəcəyi ilk oyunda gələn həftə baş tutacaq cavab qarşılaşması üçün sərfəli nəticə əldə etməyə iddialıdı. Ardıcıl 3 dəfə Avropa Liqasının qrupunda çıxış etmiş "Qarabağ” bu dəfə hədəfini daha da böyüdüb. Komanda nüfuzlu Çempionlar Liqasında eyni uğuru təkrarlamaq niyyətindədi. Bu yolda ilk səddi adlamaq üçün "Samtredia” mübarizədən kənarlaşdırılmalıdır.

Son üç mövsümdə Çempionlar Liqasında ilk rəqiblərini adlayan ağdamlıların bu dəfə necə çıxış edəcəyi maraqla gözlənilir. "Valletta”, "Rudar” və "Düdelanj”la görüşlərdə mərhələni məğlubiyyətsiz keçən çempionumuzun qonşu ölkə təmsilçisinə qarşı da bu qədər uğurlu çıxış edib-etməyəcəyinə bu gün aydınlıq gələcək. Qarşılaşma "Qarabağ”ın avrokuboklardakı ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matç saat 21:00-da başlayacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

11 iyul

21:00. "Qarabağ” (Azərbaycan) – "Samtredia” (Gürcüstan)

Baş hakim: Mete Kalkavan (Türkiyə)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...