II Avropa Oyunlarını qəbul edəcək ölkənin adı açıqlandı

II Avropa Oyunlarını qəbul edəcək ölkənin adı açıqlandı

019-cu il II Avropa Oyunları dopinq problemini həll edəcəyi təqdirdə Rusiyada keçiriləcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Report-a Avropa Olimpiya Komitələrinin (EOC) Baş Assambleyasında iştirak edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

 

Onun sözlərinə görə, hələlik yekun qərar qəbul olunmayıb. Bunun üçün Rusiyaya müəyyən vaxt veriləcək. Amma vəziyyət heç də sadə deyil. Noyabrın 9-da Ümumdünya Antidopinq Agentliyinin Müstəqil Komissiyası ölkəni antidopinq qaydalarının çoxsaylı pozulması hallarında ittiham edib.

 

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasına (İAAF) Rusiya atletlərini yarışlardan, o cümlədən 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından kənarlaşdırması tövsiyə olunub. İAAF isə Ümumrusiya Atletika Federasiyasının üzvlüyünü dayandırıb. EOC-un prezidenti Patrik Hikki isə bildirib ki, müstəqil təşkilatlar ölkənin antidopinq proqramına dəstək verməyə qadir olduğunu təsdiqləsələr, II Avropa Oyunlarının təşkilində üstünlük Rusiyaya veriləcək.

 

Qeyd edək ki, ilk Avropa Oyunları bu ilin 12-28 iyununda Bakıda keçirilib.


OXŞAR XƏBƏRLƏR