Belyayev: Azərbaycanın cavabı ağır olacaq...

Ötən il baş verən aprel müharibəsi göstərdi ki, Azərbaycan mülki vətəndaşlarının qətlinə sərt şəkildə cavab verir. Ötən il də erməni hərbi birləşmələri mülki vətəndaşlara hücum etmiş və bir neçə nəfər həlak olmuşdu. Azərbaycan ordusu qarşı tərəfə ağır zərbələr endirdi və işğal olunmuş ərazilərin bir hissəsi azad olundu.
Bu sözləri rusiyalı jurnalist Mixail Belyayev deyib. Həmkarımız hesab edir ki, bu təcrübə yenidən təkrarlana bilər:
"Azərbaycan sərt cavab variantına üstünlük verərsə, bu, yeni aprel müharibəsi deməkdir. Nəticə etibarilə, Azərbaycan Ordusu işğal altındakı ərazilərin müəyyən hissəsini də azad edəcək. Bu, danışıqların növbəti mərhələsində Bakının mövqelərini gücləndirəcək və Ermənistanın yeganə çıxış yolu substantiv danışıqların başlanması olacaq".