Ukraynalı politoloqun erməni hücumuna - Reaksiyası

Mülki əhalinin yaşadığı Azırbaycan kəndinə planlaşdırılmış artilleriya zərbəsi insanlığa qarşı hərbi cinayət kimi təsnif edilməlidir.
Sfera.az xəbər verir ki, erməni hərbçiləri tərəfindən Azərbaycanın yaşayış məntəqəsinin atəşə tutulmasını və onun sakinlərinin qətlə yetirilməsini Virtualaz.org-a şərhində ukraynalı politoloq Vadim Karasyov belə xarakterizə edib.
Politoloq qeyd edir ki, bu cür hallarda beynəlxalq təşkilatlar təhqiqat aparmalı və açılmış atəşin planlaşdırılmış olub-olmamasını və onun kim tərəfindən həyata keçirilməsini müəyyənləşdirməlidir. Sivil dünya normalarına görə, bununla bağlı ilk təhqiqatı Ermənistan rəhbərliyi aparmalı və insanların ölümünə gətirib çıxarmış hadisənin kimin əmri ilə gerçəkləşdirildiyini təyin etməldiir.
Bununla birlikdə, V.Karasyov narahatlığını bildirir ki, Azərbaycanın simmetrik cavabı müharibənin bərpasına və daha çox qan tökülməsinə səbəb ola bilər.
"Artıq 30 ilə yaxındır ki davam edən Qarabağ münaqişəsini dondurulmuş hesab etmək mümkün deyil. Onu közərən münaqişə adlandırmaq daha doğru olardı, çünki istənilən an alovlana bilər...” – politoloq əlavə edib.