Bu ölkə paytaxtını dəyişir

Gündəm
19:47 / 05.07.2017
1055
Dünyanın ən böyük ada ölkələrindən olan İndoneziya iki ilə paytaxtını başqa şəhərə köçürəcək.
İndoneziyanın dövlət başçısı Coko Vidodo paytaxtın dəyişdirilməsi ilə bağlı iclas keçirib.
İndoneziya milli inkişaf və planlaşdırma naziri iclasda çıxış edərək 2018-2019-cu illərdə yeni paytaxtda işlərin yekunlaşacağını və köçürməyə start veriləcəyini bildirib.
Hazırkı paytaxt Cakarta ölkənin maliyyə və iş mərkəzi olacaq.
Qeyd edək ki, iclasda yeni paytaxtın yeri açıqlanmasa da, onun indiki paytaxtın yerləşdiyi Yava adasından kənarda olacağı vurğulanıb.
Sfera.az