Azərbaycan Brüsseldə saziş imzalayıb

Azərbaycan nümayəndə heyəti Brüsseldə "Vahid aviasiya məkanına dair Saziş” üzrə danışıqların növbəti mərhələsində iştirak edib.
Dövlət Mülki Aviasiya Administrasiyasından Sfera.az-a verilən məlumata görə, bu gün Belçikanın Brüssel şəhərində Avropa İttifaqının Nəqliyyat Departamentində "Avropa İttifaqı və onun üzv dövlətləri və Azərbaycan Respublikası arasında vahid aviasiya məkanına dair Saziş” üzrə danışıqların ikinci mərhələsi keçirilib.
Danışıqlarda Azərbaycan tərəfdən Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin tərkibinə Dövlət Mülki Aviasiya Administrasiyasının və Belçikadakı səfirliyimizin əməkdaşları, Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin təmsilçiləri də daxil olub.
Görüşün nəticəsi olaraq protokol imzalanıb. Danışıqların növbəti 3-cü mərhələsinin Bakı şəhərində keçirilməsi qərara alınıb. Sözügedən görüş Azərbaycanla Avropa arasındakı dialoqa xüsusi töhfə verəcək