Ermənistandan Azərbaycana qarşı ekoloji terror

Ermənistandan Azərbaycana qarşı ekoloji terror

Ermənistan vətəndaşlarından biri Feysbuk səhifəsində Arpaçayın çirkləndirilməsi ilə bağlı videogörüntü paylaşıb.

Kadrlardan göründüyü kimi, çayın böyük bir hissəsi plastik şüşə və digər tullantılarla çirkləndirilib.

"Təsəvvür edirsiniz ki, çaya nə qədər zibil atılıb? Bu yalnız çayın üzərində görünən hissədir. Bəs nə qədər üst-üstə toplanıb, Arpaçaya dolub? Düşünülməsi belə qorxuncdur" - erməni istifadəçi yazıb.

Ermənistan tərəfinin dəfələrlə istər Naxçıvan, istərsə də Qarabağ istiqamətində çaylara tullantılar, zəhərli və kimyəvi maddələr atması barədə məlumatlar verilib və problem beynəlxalq təşkilatlar qarşısında qaldırılıb. Lakin, rəsmi İrəvan hər zaman beynəlxalq təşkilatlar qarşısında faktları yalanlamağa çalışıb.

Lakin sözügedən videogörüntü və ermənilərin etirafları Sarkisyan rejiminin yalanlarını növbəti dəfə ifşa edir.

Xatırladaq ki, Arpaçay Araz çayının ən önəmli qollarınından biridir. Çay birbaşa Araz çayına axmaqla, Azərbaycan ərazilərindən keçir. Ermənistan tərəfi Arpaçayı və digər çayları qəsdən çirkləndirərək Azərbaycana qarşı ekoloj terror həyata keçirir. (Azvision.az)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident ECO-nun Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən sosial şəbəkə hesablarında paylaşım edilib...

Gün sizdən yanadır - Bu bürclərin DİQQƏTİNƏ

Bu gün səmada hərəkətlilik var. Günün əsas astroloji hadisəsi Ayın Şir bürcündə hərəkət etməsidir ki, bu da cəsarət, özünüifadə və yaradıcılıq enerjisini güclən...

Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib

3 iyul 2025-ci il tarixində saat 19:00-da Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib. Sfera.az bildirir ki, iclasda məşqçi-müəlliml...

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ

Avro sürətlə dəyər qazanır. Bu da beynəlxalq aləmdə ciddi narahatlıq doğurur. Məsələn Avropa Mərkəzi Bankının (ECB) rəsmiləri avronun sürətlə bahalaşmasının inf...

Ərdoğan Xankəndiyə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə i...

Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO

Tanınmış nağara ifaçısı Qaraş Cəlilov vəfat edib.   Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sənətçi 75 yaşında yaşadığı Şirvan şəhərində d...